Tibb müəssisələrinin əməkdaşları ilə görüş keçirilib
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bir sıra tibb müəssisələrinin məsul şəxsləri ilə görüş keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans formatında keçirilən iclasda tibb müəssisələrində aparılan dövlət nəzarəti tədbirləri nəticəsində aşkarlanmış uyğunsuzluqlar, onların aradan qaldırılması və həlli yolları, qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunmasının zəruriliyi iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə agentliyin əməkdaşları tərəfindən “Tibb müəssisələrində xəstələrin qidalanmasının təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri”nin icrası ilə bağlı təqdimatlar nümayiş etdirilib və tibb işçilərinə qida təhlükəsizliyi ilə bağlı metodiki göstərişlər verilib.
Daha sonra tədbir iştirakçılarının sualları AQTA mütəxəssisləri tərəfindən cavablandırılıb, görüş iştirakçılarının böyük marağına səbəb olan və işin təşkili üçün son dərəcə faydalı hesab edilən tədbirin bundan sonra mütəmadi qaydada həyata keçirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]