İDMAN


UEFA Avropa Liqası: "Fənərbaxça" turnirdə mübarizəni dayandırıb

Bakı, 21 fevral, AZƏRTAC 

Fevralın 21-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbaxça" səfərdə Rusiyanın "Zenit" komandası ilə qarşılaşıb. Görüş Peterburq təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların İstanbuldakı görüşü "Fənərbaxça"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən, "Zenit" klubu səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.

Mərhələnin digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

"Arsenal” (İngiltərə) - BATE (Belarus) - 3:0, (ilk oyun - 0:1);

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Viktoriya” (Plzen, Çexiya) – 3:0, (1:2);

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Şaxtyor” (Donesk, Ukrayna) – 4:1, (2:2);

“Napoli” (İtaliya) – “Sürix” (İsveçrə) – 2:0, (3:1);

“Zaltsburq” (Avstriya) – “Brügge” (Belçika) – 4:0, (1:2);

“Valensiya” (İspaniya) – “Seltik” (Şotlandiya) 1:0, (2:0);

“Vilyarreal” (İspaniya) – “Sportinq” (Portuqaliya) – 1:1, (1:0);

Qeyd edək ki, digər 7 oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xatırladaq ki, fevralın 20-də səkkizdəbir final mərhələsinə ilk vəsiqəni İspaniyanın “Sevilya” klubu qazanıb. “Sevilya” İtaliyanın “Latsio” komandasını hər iki oyunda məğlub edib (1:0, 2:0).

UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.