DÜNYA


ÜST dünyada COVID-19-la bağlı vəziyyəti qiymətləndirib

Bakı, 21 iyun, AZƏRTAC

Dünyada koronavirusa yoluxma halları ardıcıl olaraq səkkizinci həftədir azalır, ölümlə nəticələnən hallarda isə ardıcıl olaraq yeddinci həftədir azalma müşahidə olunur.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bazar ertəsi günü keçirdiyi brifinqdə bildirib. Bunun yaxşı xəbərlər olduğunu qeyd edən Baş direktor deyib ki, lakin yeni infeksiyalar və ölümlər hələ də yüksək səviyyədə olaraq qalır.

ÜST rəhbərinin sözlərinə görə, ötən həftə 2,5 milyondan çox yoluxma və 64 minə yaxın ölüm halı qeydə alınıb. “Bu, hər dəqiqə ərzində bizə məlum olan 250 yoluxma və 6 ölüm deməkdir”, - deyə Tedros Qebreyesus əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.