Ukraynada pişiyinə qarşı amansız rəftar edən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib
Kiyev, 6 sentyabr, AZƏRTAC
Ukraynada maraqlı məhkəmə işi yekunlaşıb. AZƏRTAC xəbər verir ki, Vinnitsa şəhər məhkəməsi pişiyinə qarşı amansız davranışa görə 50 yaşlı kişi barəsində 5 il müddətinə həbs qətimkan tədbiri seçib.
Məhkəmə prosesi zamanı məlum olub ki, 2019-cu ilin mayında həmin şəxs pişiyi yaşadığı evin beşinci mərtəbəsindən atıb. Bundan sonra pişiyin ölmədiyini görən ev sahibi onu asfalta bir neçə dəfə çırparaq öldürüb.
Məhkəmə pişiyə qarşı qəsdən amansız davrandığına görə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]