Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1992-ci il

Bakı, 22 noyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü

1990-cı ilin əvvəllərində ağır vəziyyətə düçar olmuş Azərbaycan xalqının yanında olmağa qərar verən Ulu Öndər Moskvadan Vətənə qayıtdı. Ovaxtkı rəhbərlik onun paytaxta yolunu kəsdiyi üçün iyulun 22-də doğma yurdu Naxçıvana getdi. Çox keçmədən muxtar respublikanın Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinə Naxçıvandan deputat seçildi. Onun təşəbbüsü ilə üçrəngli bayrağımız 70 illik imperiya dövründə ilk dəfə Naxçıvanda ucaldıldı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu.

X X X

13 yanvar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev Rəyasət Heyətinin 1990-cı ilin 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsini tələb edən bəyanatını imzaladı.

19 yanvar. Naxçıvan-Türkiyə gömrükxanasının istifadəyə verilməsi məsələlərini müzakirə etmək məqsədilə qardaş ölkədən muxtar respublikaya gəlmiş nümayəndə heyətini qəbul etdi.

1 mart. Naxçıvanda yeni aeroportun fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə çıxış etdi, Xocalı soyqırımını hiddətlə qınadı.

22-25 mart. Türkiyədə rəsmi səfərdə oldu.

27 aprel. Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin məsul işçilərini qəbul etdi.

5 may. Muxtar respublikanın müdafiəsi ilə bağlı Naxçıvanın mərkəzi meydanında keçirilən mitinqdə nitq söylədi.

7 may. Ermənistanın hərbi təcavüzü ilə bağlı Şərurda keçirilən mitinqdə çıxış etdi.

18 may. Ermənistan tərəfindən Sədərək rayonuna törədilən hərbi təcavüz ilə əlaqədar Türkiyənin Baş naziri Süleyman Dəmirəl, xarici işlər naziri Hikmət Çətin və Baş nazirin birinci müavini Ərdal İnönü ilə telefonla danışdı.

21 may. Naxçıvana gələn Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndə heyətini qəbul etdi.

22 may. Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar televiziyada muxtar respublika əhalisinə müraciət etdi.

25 may. Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar keçirilmiş Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin iclasında çıxış etdi.

27 may. BMT-nin Naxçıvana gələn xüsusi nümayəndə heyəti ilə görüşdü.

28 may. Türkiyənin Baş naziri Süleyman Dəmirəl Naxçıvana gəldi. Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində tikilmiş “Ümid” körpüsünün açılış mərasimi keçirildi.

1-5 iyun. Türkiyədə səfərdə oldu.

17 iyun. Naxçıvana gələn ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Riçard Maylsla görüşdü.

9 iyul. Türkiyə ilə Naxçıvan arasındakı Sədərək-Dilucu körpüsünün rəsmi sərhəd keçid qapısı elan edilməsi barədə qərarı imzaladı.

8 avqust. Naxçıvan Muxtar Respublikasl Ali Məclisinin iclasında çıxış etdi.

10-14 avqust. Türkiyədə səfərdə oldu.

18 avqust. Rusiyanın Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyasının əmlakının tamamilə Milli Ordunun briqadasına verilməsi haqqında aktın imzalanması mərasimində iştirak etdi.

22-26 avqust. İran İslam Respublikasında rəsmi səfərdə oldu.

16 sentyabr. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclasında çıxış etdi.

5 oktyabr. Türkiyəyə təhsil almağa gedən ilk tələbə qrupu ilə görüşdü.

9 oktyabr. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının birinci ildönümü münasibətilə Naxçıvan şəhərindəki Azadlıq meydanında təşkil olunmuş hərbi paradda çıxış etdi.

16 oktyabr. Azərbaycan ziyalılarının bir qrupu (91-lər) Heydər Əliyevə müraciətlə ondan yaradılmaqda olan partiyaya rəhbərlik etməyə razılıq verməsini xahiş etdilər.

18 oktyabr. Azərbaycan sərhəd qoşunlarının Naxçıvandakı birinci dəstəsinin yerləşdiyi şəhərcikdə keçirilən andiçmə mərasimində iştirak etdi.

23 oktyabr. Hüseyn Cavidin anadan olmasının 110 illiyi münasibətilə keçirilən tədbirdə çıxış etdi.

24 oktyabr. Azərbaycan ziyalılarının müraciətinə cavab olaraq mətbuatda “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli məktubu dərc olundu.

25 oktyabr. Naxçıvan radiosu ilə əhaliyə müraciət etdi.

Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında çıxış etdi.

27 oktyabr. Yerli və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirdi.

28 oktyabr. Oktyabrın 24-də Naxçıvanda baş vermiş dövlət çevrilişi cəhdi ilə əlaqədar keçirilmiş toplantıda çıxış etdi.

5 noyabr. Yeni Azərbaycan Partiyasının təsis edilməsi üçün yaradılan təşkilat komitəsinin sədri seçildi.

10 noyabr. Muxtar respublikanın müdafiəsinə həsr olunmuş müşavirəyə sədrlik etdi.

12 noyabr. Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyi mərasimində çıxış etdi.

21 noyabr. Təsis yığıncağı Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) sədri seçildi.

25 noyabr. Muxtar respublikada hakimiyyət çevrilişi cəhdinin qarşısının alınması üçün radio ilə əhaliyə müraciət etdi.

17 dekabr. Naxçıvanda yaranmış ağır iqtisadi vəziyyətə həsr olunmuş müşavirəyə sədrlik etdi.

XXX

Ulu öndər Heydər Əliyev fəaliyyətinin Naxçıvan dövründə təkcə muxtar respublika üçün deyil, ümumən Azərbaycan xalqının milli mənafeyi, hüquqlarının qorunması naminə tarixi qərarlar qəbul etdi. Belə sənədlərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsini tələb edən bəyanatı idi. Sənəd Heydər Əliyev tərəfindən 1992-ci il yanvarın 13-də imzalandı.

Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev ağır blokada şəraitində olan muxtar respublikanın dirçəldilməsi məsələsində Türkiyə ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verirdi. 1992-ci ildə Türkiyənin dövlət qurumları və şirkətlərinin nümayəndələri Naxçıvana gəlir, iqtisadi və sosial problemlərin həlli istiqamətində danışıqlar aparılır, tədbirlər həyata keçirilirdi.

Ulu Öndər 1992-ci il martın 22-25-də Türkiyədə rəsmi səfərdə oldu. Prezident Turqut Özal və Baş nazir Süleyman Dəmirəl ilə ayrı-ayrılıqda görüşdü. Səfər çərçivəsində, Türkiyənin Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə 100 milyon dollar məbləğində kredit ayrılmasına və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan Əməkdaşlıq Protokolu imzalandı.

Ulu Öndərin Naxçıvan üçün gördüyü böyük işlərdən danışan Süleyman Dəmirəl deyirdi: Biz görürük ki, Naxçıvanda sabitlik var. Hörmətli Heydər Əliyev bu sabitliyi yaradandır, onun sahibidir. Naxçıvan bu sabitliyə görə ona borcludur. Naxçıvan xalqı hörmətli Heydər Əliyevi baş tacı etmişdir. Şəxsən mən bunu təqdirəlayiq böyük bir iş kimi qiymətləndirirəm.

Heydər Əliyev isə çıxışında Azərbaycanın, o cümlədən Naxçıvanın ağır günündə Türkiyənin dəstəyini yüksək qiymətləndirərək daha bir önəmli məsələyə diqqət çəkmişdi: Azərbaycan türk diyarıdır, azərbaycanlılar türklərdir. İndi 100 ildən sonra türklərin qalxması üçün, türklərin bir-birinə yaxınlaşması üçün, türklərin birləşməsi üçün böyük bir fürsət yaranıb. Bu fürsətdən hər bir türk respublikası yaxşı istifadə etməlidir. Hər bir türk, yəni keçmiş Sovet İttifaqında yaşayan hər bir türk...

Yetmiş il sovet quruluşunda bu millətin türk adını üstündən götürüb, onları millətini unutdurmağa çalışırdılar. Nə qədər təbliğ olundu ki, siz türk deyilsiniz, ancaq hər bir kəsin qəlbində türk millətinə mənsub olması hissi qaldı və fürsət tapılan kimi aşkara çıxdı. Bu, Azərbaycanın tərkib hissəsi olan Naxçıvanda daha açıq görsənir. Bütün səbəblərə görə Naxçıvan Ana Türkiyəyə - Anadolu Türkiyəsinə daha çox yaxındır.

1992-ci ilin may ayında Türkiyənin Baş naziri Süleyman Dəmirəlin Naxçıvana gəlişi və Araz çayı üzərində tikilmiş “Ümid” körpüsünün açılış mərasimində iştirakı da muxtar respublikanın həyatında yaddaqalan hadisələrdən oldu.

Ulu Öndərin qardaş ölkəyə növbəti səfərləri iyun və avqust aylarında oldu. O, iyun ayında İzmir şəhərində keçirilən III Beynəlxalq İqtisadi Konqresdə çıxış etdi. Bununla yanaşı, Türkiyənin dövlət və hökumət başçıları və nazirləri ilə görüşdü. Türkiyənin Naxçıvan Muxtar Respublikasına verdiyi kreditdən istifadə edilməsi qaydası haqqında protokol imzalandı. Avqust səfərində isə İqdıra vilayət statusu verilməsi mərasimində çıxış etdi, habelə Ankarada Süleyman Dəmirəllə görüşdü.

Heydər Əliyevin iyulun 9-da Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasındakı Sədərək-Dilucu körpüsünün rəsmi sərhəd keçid qapısı elan edilməsi barədə imzaladığı qərar blokada şəraitində olan diyarın əhalisinin çətin vəziyyətdən çıxarılması üçün atılan növbəti addım oldu.

Xalq öz böyük oğlunun siyasi uzaqgörənliyinə, təcrübəsinə, qabiliyyətinə, biliyinə inanır, ona ümid edir və güvənirdi. 1992-ci il oktyabrın 16-da Azərbaycan ziyalılarının böyük bir qrupu Heydər Əliyevə müraciət edərək onun yaradılmaqda olan Yeni Azərbaycan Partiyasının rəhbəri olmasına razılıq verməsini xahiş etdilər.

Sitat: İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərinə öz layiqli töhfəsini verə bilər.

Ulu Öndərin Azərbaycan ziyalılarının müraciətinə cavabı oktyabrın 24-də “Yeni, Müstəqil Azərbaycan uğrunda” sərlövhəsi ilə dərc olundu. Bu məktub, eyni zamanda, Azərbaycanın gələcək inkişaf yoluna işıq salan proqram sənədi idi.

1992-ci il noyabrın 5-də respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. Noyabrın 21-də isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev partiyanın sədri seçildi.

Heydər Əliyev fəaliyyətinin Naxçıvan dövründə də mədəniyyət və təhsil sahələrini diqqətdə saxlayırdı. 1992-ci ildə Hüseyn Cavidin 110 illiyinin, habelə Naxçıvan Dövlət Universitetinin 25 illiyinin qeyd edilməsi muxtar respublikanın mədəni və elmi həyatında iz qoyan hadisələr idi. Onu da qeyd edək ki, Ulu Öndərin Hüseyn Cavidin 110 illik yubiley tədbirində çıxışı zamanı söylədiyi bu fikirlər artıq reallıqdır: “Azərbaycan müstəqil dövlətdir, müstəqilliyi təmin etmək üçün, şübhəsiz ki, böyük çətinliklər və problemlər vardır. Amma Azərbaycan xalqı Hüseyn Cavid kimi böyük şəxsiyyətlər yaratmışdır. Azərbaycan öz müstəqilliyini bundan sonra da qoruyacaq, müharibə də qurtaracaq, torpaqlarımız da hamısı özümüzə qayıdacaq, Azərbaycan xalqı yeni mərhələdə onun daxilində olan böyük imkanları, böyük mənəviyyat potensialını bütün dünyaya nümayiş etdirəcəkdir”.

Bu gün qürurla deyirik ki, iki ildir Azərbaycanın ərazi bütövlüyü təmin edilib və Prezident İlham Əliyevin 2022-ci il 24 sentyabr tarixli Sərəncamı ilə Hüseyn Cavidin 140 illiyi ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda qeyd edilir.

Heydər Əliyevin Hüseyn Cavidin 110 illik yubiley tədbirində çıxışından

• Bu dünya heç kim üçün, heç kəs üçün əbədi deyil. Hüseyn Cavid öz həyatı dövründə yaratdığı mənəvi, mədəni sərvətlərlə özünü əbədiləşdirib.

• Bizim üçün Hüseyn Cavidin yaratdığı əsərlər daimi mədəniyyət, mənəviyyat, əxlaq mənbəyidir. Onun qədər bu barədə, bu dövrdə XX əsrdə dərin mənalı, yüksək fəlsəfəyə uyğun əsərlər yaradan olmayıb. Bu əsərlər indi bizim üçün daha da lazımdır. Çünki Azərbaycanın indi müstəqil dövlət kimi, azad bir millət kimi, Azərbaycan xalqının inkişaf etməsi üçün biz həmişə, daim Hüseyn Cavidin əsərlərini oxumalıyıq, onun yazdıqlarından bəhrələnməliyik. Orada biz bugünkü həyatımızda baş verən bütün problemlərin cavabını tapa bilərik.

Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyindəki nitqindən

• Ali təhsilli kadr yetişdirmək, şübhəsiz ki, böyük təhsil, eyni zamanda, böyük əmək tələb edir. Ali təhsil sahəsində çalışan hər bir şəxs fədakar insandır və onların əməyini həmişə xalq qiymətləndirib və ali təhsil ocaqlarında çalışan adamlara həmişə xalq arasında böyük hörmət və ehtiram var.

• Bizim ata-babalarımız, bizim dini, mənəvi mənbəyimiz olan İslam dini və bizim əsrlər boyu nəsillərimizin istifadə etdiyi "Qurani-Kərim" müsəlmanların və bu dinə itaət edən bütün adamların hamısını paklığa dəvət eləyib, təmizliyə dəvət eləyib, mənəviyyata dəvət eləyib və bu tələblər bizim xalqın ən yüksək zirvələrindən olan ziyalılar tərəfindən, mütəfəkkir insanlar tərəfindən, alimlər tərəfindən ən xüsusi bir şərt kimi elan olunub.

• Müəllim dövri-qədimdən, hələ vaxtilə əhalinin əksəriyyəti savadsız olduğu bir dövrdən, lap cəmiyyətdə kiçik bir yer tutduğu vaxtdan həmişə ən yüksək hörmətə malik olan adam, ən yüksək mənəviyyata malik olan adam kimi xalq arasında, kütlə arasında, insanlar arasında qəbul olunmuş bir şəxsiyyətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səkkiz ayda külək elektrik stansiyalarından istehsal 22 dəfəyə yaxın artıb

Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır

Dövlət Komitəsinin sədri: Tarixi-dini abidələrin bərpası istiqamətində görülən işlər bütün ölkəni əhatə edir

Gündüz İsmayılov: Tarixi-dini abidələr multikultural dəyərlərin təbliği baxımından böyük əhəmiyyət daşıyır

Rəqəmsal tibb problemlərinə dair elmi əsərlərin xülasələr toplusu nəşr edilib

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

® “Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb!

Bu il neft məhsullarının istehsal dəyəri 4 milyard manatı ötüb

Bu il qaz nəqlinin 56 faizdən çoxu Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına

Azərbaycanın şahmat milliləri Olimpiadada ikinci tur oyunlarını keçirəcəklər

Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Rafinya “Barselona”da Messinin rekordunu yeniləyib

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

AZAL Qazaxıstanın daha bir istiqaməti üzrə uçuşlara başlayıb

Şəkidə V Beynəlxalq Teatr Festivalına hazırlıq başlanıb

Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb

Avropa Liqası: “Beşiktaş” Fransa klubu ilə qarşılaşacaq

Qazaxın kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib

Ağcəbədidə təhlükəsizlik tələbləri pozulmuş maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb VİDEO

Ağcəbədidə təhlükəsizlik tələbləri pozulmuş maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb VİDEO

Bakı Azərbaycan xarici diplomatları Qarabağa dəvət etməklə bölgədəki reallıqları açıq şəkildə nümayiş etdirir - RƏY

“Parla” təqaüd və inkişaf proqramına müraciətlər başlayıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür

Karyerasında 49-cu titulunu qazanan Messi 2 rekorda imza atıb

Bəzi ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq

Lənkəran-Astara magistral yolunda baş verən qəzada ölənlərin kimliyi açıqlanıb VİDEO

Lənkəran-Astara magistral yolunda baş verən qəzada ölənlərin kimliyi açıqlanıb VİDEO

Nigar Arpadarai: Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması üçün sistemli siyasət aparılıb

Amerikalı iş adamı “Çelsi”nin Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

“Mançester Yunayted” 50 illik antirekordunu təkrarlayıb

Kolumbiyada türkiyəli iş adamının idarə etdiyi təyyarə qəzaya uğrayıb

ABŞ Prezidenti: Ölkədə faiz dərəcələri həddindən artıq yüksəkdir

Kanada Britaniyanın rəhbərlik etdiyi hərbi koalisiyaya qoşulmaq üçün müraciət edib

Tramp Kanada ilə münasibətlərə görə Avropaya güclü tariflər tətbiq edəcəyini açıqlayıb

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib

La Liqa: “Barselona” 3 xalı darmadağınla qazanıb

Litva yığmasının Azərbaycan milli komandası ilə oyun üçün heyəti açıqlanıb

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

Lənkəranda ağır qəzada 2 nəfər həyatını itirib - YENİLƏNİB

Gələn il Azərbaycanda təhsil və səhiyyə sektoru üçün nəzərdə tutulan xərclərin miqdarı açıqlanıb

Livanın Baş naziri: Beyrut danışıqlardan istənilən nəticəni hələ əldə etməyib

Almaniya sənayedə süni intellekt həllərini strateji imkan kimi nəzərdən keçirir

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

Vüqar Camalzadə: Azərbaycan musiqisinin zəngin və çoxəsrlik ənənələri bu gün də yaşadılır

2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4 faiz artım proqnozlaşdırılır

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Azərbaycanda zəlzələ baş verib

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır

Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində nadir miniatür “Quran” nümayiş olunur

İran Hörmüz boğazı yaxınlığında amerikalı heyəti daşıyan gəmini vurub

FED 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb

Ağdamda fermer təsərrüfatlarına baxış keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

“Reuters” süni intellekt dövründə müxbir korpusuna investisiyaları artırır

Manatın məzənnəsi gələn il də sabit qalacaq

2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat təşkil edəcək

Növbəti il və sonrakı üç il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri müəyyən edilib

Gələn il üçün inflyasiya proqnozu açıqlanıb

İki irs, bir səda: Rostropoviçlər ocağında Musiqi Günü

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır

Gürcüstanın Baş naziri Çin şirkətinin nümayəndələri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

Gələn il icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat proqnozlaşdırılıb

Hər 100 tələbədən 6-sı ADPU-da təhsil alır

2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama

Şahbuzda aqrar sahənin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı fikir mübadiləsi aparılıb

“PAŞA Holdinq” Gürcüstan iqtisadiyyatına təxminən 60 milyon ABŞ dolları həcmində sərmayə yatırıb

COP31 sədri: Qlobal temperatur artımını 1,5 dərəcədən aşağı saxlamaq əsas hədəfimizdir

Bu saata olan əsas xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan Respublikasına səfər edib

Gürcüstanın keçmiş DTX rəhbəri 13 il azadlıqdan məhrum edilib

Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

ICESCO-nun Baş direktoru: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir

Soltan Məmmədov: Diplomatik korpusun Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh gündəliyinə ziddir

Xurşidbanu Natəvan şeirləri: Sevgi, həsrət və kədər...

Qəbələnin aqrar sektoru inkişaf dövründə: Yeni Dövlət Proqramının icrası istiqamətində layihələrə baxış keçirilib

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq

“ƏSA” Teatrı yeni mövsümdə Hüseyn Cavidin “İblis” faciəsini musiqili janrda təqdim edəcək

Səməd Vurğunun qızı: İlk dəfə xalqın atamı necə sevdiyinin şahidi oldum

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb

Deputat: İkili standartlar işğalın uzadılmasına xidmət edirdi

Səkkiz ayda Azərbaycandan elektrik enerjisi ixracının həcmi açıqlanıb

“Neftçi” yubiley oyununa doğru - Bu komandaya flaqman adını elə-belə verməmişdilər

Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir

Şəhərətrafı qatar reyslərinin sayı artırılır

Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib

Çin eksperti: Zəngəzur dəhlizi Azərbaycanın regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirə bilər

Ötən gün Bakıda avtobuslarla 2 milyondan çox sərnişin daşınıb

Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır