Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin avqustu

Bakı, 5 aprel, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 avqust. Prezident Heydər Əliyev Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri Vladimir Lukini qəbul etdi.

6 avqust. Novosibirskdəki “Xəzri” Azərbaycan cəmiyyətinin nümayəndə heyəti ilə görüşdü.

9-10 avqust. Ukrayna Prezidenti Leonid Kuçmanın 60 illik yubileyində iştirak etmək üçün Kiyevdə səfərdə oldu.

11 avqust. Seçici birlikləri və təşəbbüs qruplarının Prezidentə müraciəti ilə əlaqədar bəyanat verdi.

13 avqust. Türkiyənin “Qızıl Ay” cəmiyyətinin baş direktoru Fatih Evren ilə görüşdü.

17 avqust. Məşhur ürək cərrahı Maykl Debeykini qəbul etdi.

21 avqust. Bir qrup ədəbiyyat, mədəniyyət, incəsənət, elm, din və idman xadimlərinə “Şöhrət” ordeni təqdim etdi.

23 avqust. Rusiyanın Azərbaycandakı səfirliyinin yeni kompleksinin açılış mərasimində nitq söylədi.

30 avqust. Avropa Şurasının Baş katibi Daniel Tarşisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

31 avqust. 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin Ümumrespublika toplantısında çıxış etdi.

X X X

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə Ukrayna ilə əməkdaşlığın inkişafına xüsusi diqqət ayırırdı. Onun səyləri nəticəsində iki ölkə arasında tarixi dostluq əlaqələri bərpa edildi, münasibətlər strateji tərəfdaslıq səviyyəsinə yüksəldi. Təsadüfi deyil ki, bu gün Ukraynanın bir çox ictimai-siyasi xadimləri Heydər Əliyevi Azərbaycan-Ukrayna dostluğunun memarı adlandırırlar.

Ulu Öndər 1998-ci il avqustun 9-da Ukrayna Prezidenti Leonid Kuçmanın 60 illik yubileyində iştirak etmək üçün Kiyevə getdi. Yubiley tədbirində çıxışı zamanı iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu dilə gətirərək dedi: “Ölkələrimiz arasında yaranmış əməkdaşlığı dövlətlərimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi, bir sözlə, ölkələrimizin gələcəyi üçün mühüm amil hesab edirəm. Beynəlxalq təşkilatlarda, Avropa strukturlarında, Müstəqil Dövlətlər Birliyində Azərbaycanın və Ukraynanın səmərəli əməkdaşlığı məndə böyük məmnunluq hissi doğurur. Ukrayna ilə Azərbaycan arasında, xalqlarımız arasında həmişə ənənəvi dostluq münasibətləri olmuşdur. Biz bu münasibətlərin daha da dərinləşdirilməsi, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə edirik. Mən çox məmnunam ki, iqtisadi əlaqələrimizin inkişafı üçün böyük əhəmiyyətə malik Avropa-Asiya nəqliyyat dəhlizinin yaranmasında və inkişafında Ukrayna da yaxından iştirak edir”.

Haqqında söhbət açdığımız dövrdə Azərbaycan növbəti prezident seçkilərinə doğru gedirdi. Xalq öz Ulu Öndərini yenidən prezident görmək istəyirdi. Heydər Əliyev seçici birlikləri və təşəbbüs qruplarının bununla bağlı müraciətinə cavab olaraq respublika televiziyası ilə bəyanat verdi. Bəyanatında Azərbaycan prezidenti seçkilərinin ilk dəfə olaraq müstəqil respublikanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyası əsasında keçiriləcəyini, bu seçkilərdə iştirak etməyi özü üçün şərəf hesab etdiyini vurğulayaraq dedi: “Çalışacağam ki, bu şərəfə layiq olum, məni yenidən prezident seçmək istəyən Azərbaycan vətəndaşlarının arzularına və istəklərinə çatması üçün öz xidmətimi göstərim”.

Yeri gəlmişkən, 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə seçicilərin 76 faizindən çoxu Heydər Əliyevin namizədliyini dəstəklədi və o, növbəti beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ulu Öndərin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğı ilə bağlı bir çox nümunələr var. Onlardan biri də 1998-ci il avqustun 21-də yaşandı. Prezident Heydər Əliyev bir qrup ədəbiyyat, mədəniyyət, incəsənət, elm, din və idman xadiminə “Şöhrət” ordenini şəxsən təqdim etdi. Onun həmin mərasimdə söylədiyi fikirlər mədəniyyətimizə olan sonsuz sevgidən, xalqımızın istedadından doğan qürur hisslərindən qaynaqlanırdı.

Sitat: Bizim xalqımız çox istedadlı xalqdır və qədim dövrlərdən də elm, mədəniyyət, incəsənət, musiqi sahəsində böyük əsərlər yaratmışdır. Ancaq biz bu gün tam əsasla deyə bilərik ki, Azərbaycanın istedadlı şəxsləri, insanları XX əsrdə, ötən bütün əsrlərin nailiyyətlərindən istifadə edərək daha da böyük, dəyərli əsərlər yaratmış, incəsənət nümunələri meydana çıxarmış, tariximizi, elmimizi, mədəniyyətimizi zənginləşdirmişlər. XX əsrin ikinci yarısı isə bu baxımdan daha da məhsuldar olmuşdur. Bu gün Azərbaycan müstəqil dövlət olaraq xalqımız tərəfindən tarix boyu yaradılmış əsərləri, əldə edilmiş nailiyyətləri bütün dünyaya nümayiş etdirir və bununla da dünya xalqları içərisində xalqımızın nə qədər böyük, istedadlı xalq olduğunu sübut edir. Bu əsərləri yaradanlar xalqımızın içindən çıxan ən istedadlı insanlardır. XX əsrdə, xüsusən də bu əsrin ikinci yarısında, şükürlər olsun ki, Azərbaycanda belə insanlar çox olmuşdur, böyük əsərlər yaranmışdır. Bir daha qeyd edirəm ki, bir müstəqil dövlət kimi bu gün biz hər bir xalqın, ölkənin nümayəndəsi ilə danışarkən, görüşərkən xalqımızın istedadı haqqında ümumi sözlərlə yox, yaranmış əsərlər əsasında söhbət aparırıq.

Ümummilli Liderin həssaslıqla yanaşdığı sahələrdən biri də elm və təhsil idi. O, gənc nəslin yüksək səviyyədə təhsil alması, ölkədə zəngin kadr potensialının formalaşdırılması üçün davamlı səylər göstərirdi. Keçmiş SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü və himayəsi nəticəsində minlərlə gənc Sovet İttifaqının nüfuzlu ali məktəblərində təhsil almışdı. 1998-ci il avqustun 31-də 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin Ümumrespublika toplantısı keçirildi. Ulu Öndər yığıncaqdakı nitqində təhsilimizin keçdiyi yoldan, milli elmi kadrların yetişdirilməsi istiqamətində görülmüş mühüm işlərdən söhbət açdı.

Heydər Əliyevin 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin Ümumrespublika toplantısındakı nitqindən

• Mən çox həyəcanlıyam və eyni zamanda böyük sevinc hissi keçirirəm. Çünki bugünkü - 1998-ci ildəki bu toplantımız 1969-cu ildə Azərbaycanda ilk dəfə əsası qoyulmuş görüşlərin nəticəsidir. Mən həmin görüşlərin təşəbbüskarı, təşkilatçısı olmuşam. Bu görüşlər, o vaxt görülmüş həmin işlər barədə və bunların sizin hər birinizin taleyində oynadığı rol haqqında burada kifayət qədər deyildi. Mən ona görə sevinirəm ki, 29 il bundan əvvəl əsasını qoyduğum xeyirxah işin gözəl bəhrələrini görürəm.

• Azərbaycan xalqı həmişə biliyə, elmə böyük maraq göstərmiş xalqdır. Çoxəsrlik tariximizdə xalqımız bəşər mədəniyyətinə, elminə böyük töhfələr vermiş, xalqımızın içərisində böyümüş görkəmli alimlər, ixtiraçılar, şairlər, yazıçılar dünya mədəniyyətini, elmini öz əsərləri ilə zənginləşdirmişlər.

• Bu gün biz fəxr edə bilərik ki, regionumuza mənsub olan başqa ölkələrlə müqayisədə xalqımızın bilik, savad, elm, mədəniyyət səviyyəsi bir çoxundan yüksəkdir. Birincisi, bu, xalqımızın istedadlı xalq olduğunu bir daha nümayiş etdirir, qədim dövrlərdən indiyə qədər xalqımızın içində zəkalı, elm və təhsil ilə məşğul olan mütəfəkkir insanların olması ilə bağlıdır.

• 1919-cu ildə Azərbaycanda ilk ali təhsil ocağı olan Bakı Dövlət Universiteti yaranmışdır. Bakı Dövlət Universiteti Azərbaycanda ali məktəblərin yaranmasının bünövrəsini qoymuşdur. Ondan sonra bir sıra ali məktəblər yaranmış və onların vasitəsilə biz Azərbaycanda ölkəmizə lazım olan kadrların hazırlanmasına nail ola bilmişik. 1970-ci illərdə Azərbaycanda 17 ali məktəb - universitet, institut fəaliyyət göstərirdi, 100 mindən artıq gənc ali məktəblərdə təhsil alırdı. Məhz bunların nəticəsində bu gün Azərbaycanın böyük kadr potensialı - ali təhsilli kadr, böyük elm, intellektual potensialı vardır. Bunlar hamısı əvvəlki dövrün, illərin, onilliklərin nəticəsində mümkün olmuşdur.

• Sizin hər biriniz cəmiyyətdə öz yerinizi tutmusunuz, alimlik dərəcəsi almısınız, böyük mütəxəssis olmusunuz, işləyirsiniz. Ailə qurmusunuz, ailəniz, övladlarınız vardır. Siz bu gün müstəqil Azərbaycana lazımsınız, gərəklisiniz. Demək, o illər biz müstəqil Azərbaycanın bu günü üçün işlər görmüşük və bu da öz nəticəsini veribdir.

• O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər. O vaxt gəlib çatdı.

• İndi müstəqil Azərbaycana gənc, yüksək bilikli, ali elmi dərəcələri olan kadrlar, yaxşı mütəxəssislər lazımdır. Onlar Azərbaycanda çoxdur, siz də onların bir hissəsisiniz. Ancaq sizinlə birlikdə bizim vəzifəmiz ondan ibarətdir ki, bax, bu çoxsaylı kadrların içərisindən ən istedadlılarını, bacarıqlılarını seçib, çox məsul vəzifələrə təyin edib Azərbaycanın müstəqilliyini daha sürətlə inkişaf etdirək.

• Biz bundan sonra da Azərbaycan təhsilini inkişaf etdirməliyik və kadrlar hazırlamaq üçün müxtəlif imkanlardan istifadə etməliyik. Təhsildən heç vaxt qazanc kimi istifadə etmək olmaz.

• Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Orta məktəb olsun, yaxud ali məktəb, fərqi yoxdur, hamısında təhsil verən müəllimdir. Ona görə həyatımda ən çox sevdiyim adamlar mənim müəllimlərim olubdur. Mənə ilk təhsil verən, birinci sinifdən başlayaraq təhsil verən müəllimlərin hamısını böyük minnətdarlıqla xatırlayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır

Hərbi ekspert: Antiterror tədbirləri separatizmin tabutuna vurulan son mismar oldu

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək VİDEO

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək VİDEO

Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Ağdamda Milli Qəhrəmana həsr edilmiş qısametrajlı filmin təqdimatı olub

Hərbi ekspert: Antiterror tədbirləri dünya hərb tarixində unikallığı ilə seçilir

Bu saata olan əsas xəbərlər

Bədii rəhbər: Torpaqlarımız azad olunandan sonra ansamblımızın fəaliyyətini bərpa etdik

Gülzadə Abdulova: Nümayiş etdirdiyimiz geyimlər tarixi fotoşəkillər əsasında hazırlanıb

Həsən Həsənov: Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması nəticəsində yaranmayıb

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Ellada Bəkirova: Alban xristianlığından qalan müqəddəs yerlər xalqımızın tarixi yaddaşında yaşayıb

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib