DÜNYA


Yeni zelandiyalı terrorçu məscidlərə hücuma görə özünü təqsirli bilməyib

Tokio, 14 iyun, AZƏRTAC

Yeni Zelandiyada iki məscidə edilən silahlı hücumda təqsirləndirilən Avstraliya vətəndaşı Brenton Tarrant günahkar olmadığını bildirib.

AZƏRTAC Stuff portalına istinadla xəbər verir ki, həmin hadisə ilə əlaqədar məhkəmə iclası 2020-ci il mayın 4-də başlayacaq.

Xüsusi rejimli həbsxanada birnəfərlik kamerada saxlanan B.Tarrant videoəlaqə vasitəsilə məhkəməyə qatılıb. Onun günahsız olması barədə bəyanatını isə cinayətkarın vəkilləri elan edib.

B.Tarrant 51 nəfərin qətlində və 40 nəfərə qarşı terror hücumunda təqsirli bilinir.

Hakim B.Tarrantın psixi sağlamlığının onun məhkəmə qarşısına çıxmasına imkan verdiyini bildirib.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məscidə edilən silahlı hücum nəticəsində 51 nəfər həlak olub, daha 50 nəfər yaralanıb. Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern bunu terror aktı adlandırıb. Hadisə ilə əlaqədar 28 yaşlı B.Tarrant saxlanılıb və ona qarşı ittiham irəli sürülüb.

sinda Ardern bunu terror aktı adlandırıb. Hadisə ilə əlaqədar 28 yaşlı B.Tarrant saxlanılıb və ona qarşı ittiham irəli sürülüb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.