“YouTube” İranın dövlət televiziyasının səhifəsini bloklayıb
Tehran, 7 iyun, AZƏRTAC
“YouTube” sosial şəbəkəsi İranın dövlət televiziyasının səhifəsini (akkaunt) bloklayıb.
AZƏRTAC xəbər verir ki, İran televiziyasının rəhbəri Hüseyn Yusiffər bildirib ki, ABŞ şirkətinin belə addımı heç də təəccüblü deyil. O hesab edir ki, “Google” şirkətinə aid olan “YouTube” sosial şəbəkəsi siyasi sifariş alaraq İran televiziyasının səhifəsini bağlayıb. Söz və mətbuat azadlığından danışanlar nədənsə İran televiziyasının həqiqətləri yayımlamasından qorxurlar.
H.Yusiffər nəzərə çatdırıb ki, İran televiziyası digər vasitələrlə həqiqətləri dünya ictimaiyyətinə çatdıracaq.
Qeyd edək ki, “Instagram”, “Twitter” və “Facebook” sosial şəbəkələri də İranın bir sıra xəbər agentliklərinin ingilis dilindəki səhifələrini bloklayıb. Onlar iddia edir ki, İranın media strukturları qaydaları pozur. Lakin İran bu iddiaları rədd edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.09.2026 [18:02]
Rumıniyada benzinin qiyməti tarixi maksimuma çatıb
- 12.09.2026 [16:09]
Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb
- 12.09.2026 [14:51]
Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir
- 12.09.2026 [14:26]
İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır
- 12.09.2026 [14:04]
Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub
- 12.09.2026 [14:02]
Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək
- 12.09.2026 [13:37]
Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [12:46]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib
- 11.09.2026 [23:47]
Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb
- 11.09.2026 [23:16]
“Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib
- 11.09.2026 [22:24]
Milix Yevdayevə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub
- 11.09.2026 [21:26]
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
- 11.09.2026 [21:03]
Fransada inflyasiyanın ilin sonuna yaxın 3 faizə çatacağı gözlənilir
- 11.09.2026 [20:47]