® ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!
ABB mayın 26-da istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə bank kapital bazarına 5-ci və 6-cı buraxılış olmaqla, iki yeni istiqraz çıxarır. Hər buraxılışın həcmi 5 milyon manat, ümumi emissiya məbləği 10 milyon manatdır.
İstiqrazların nominal dəyəri 100 manat, valyutası manatdır. 5-ci buraxılış üzrə illik kupon dərəcəsi 9 faiz, 6-cı buraxılış üzrə isə 10 faiz müəyyən edilib. Müddətlər, müvafiq olaraq, 12 və 24 aydır. Hər iki emissiya faizli, təmin edilməmiş istiqrazlar kateqoriyasına aiddir.
Kupon ödənişləri bu dəfə rüblük deyil, aylıq əsasda həyata keçiriləcək. Emissiya abunə yazılışı formatında aparılır. Yerləşdirmə prosesi 22 gün davam edəcək.
Prosesdə anderrayter və market-meyker funksiyalarını “ABB İnvest İnvestisiya Şirkəti” QSC həyata keçirir.
ABB bu emissiya ilə kapital bazarında davamlı aktivliyi dəstəkləməyi, investorlar üçün mütəmadi və əlçatan investisiya imkanları yaratmağı hədəfləyir.
Qeyd edək ki, bankın may ayında həyata keçirdiyi əvvəlki istiqraz emissiyası da uğurla tamamlanıb. Ümumilikdə 10 milyon manat həcmində buraxılış tam yerləşdirilib və yüksək investor marağı nəticəsində sifarişlərin həcmi təklifi təxminən 3 dəfə üstələyib.
ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyaları üzrə cədvəllə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan edildikcə dəqiq tarixlər səhifədə göstəriləcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.