® “Kapital Bank” sahibkar xanımların inkişaf etməsi üçün yeni layihə təqdim edib
“Kapital Bank” 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə yeni “Women of Azerbaijan” layihəsini təqdim edir. Layihə çərçivəsində Azərbaycanda uğurlu qadın sahibkarlar biznes qurmağın yollarını, uğur qazanmağın sirlərini və öz dəyərli məsləhətlərini bölüşüblər.
Azərbaycan qadını hər zaman öz məğrur xasiyyəti, ailə dəyərlərinə sadiq olması və cəmiyyətin formalaşmasında müstəsna rolunun olması ilə seçilib. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq ölkədəki qadınlar kişilər ilə müqayisədə sahibkarlıq, karyera inkişafı və rəhbər vəzifələrdə təmsil olunmaları baxımından daha az göstəricilərə malikdirlər. Statistik göstəricilərə əsasən, Azərbaycanda olan sahibkarların ümumi sayının yalnız 2 faizini xanımlar təşkil edir.
Məhz bu rəqəmin artmasına töhfə verən, həmçinin qadınların öz biznesini qurmasına stimul yaradan “Kapital Bank” “Women of Azerbaijan” layihəsi çərçivəsində ölkənin tanınmış sahibkar xanımlarının müsahibələrindən ibarət platforma hazırlayıb və sosial şəbəkələrdə yerləşdirilib - https://www.instagram.com/womenofazerbaijan/ . Layihə barədə #365daysofwomen həştəqi vasitəsilə də məlumat almaq mümkündür. Platforma hamıya açıqdır və təcrübəsini bölüşmək istəyən xanımlar daxil olub, dəyərli məsləhətlərini verə bilərlər.
Layihə çərçivəsində “Kapital Bank” xanım sahibkarlara və şirkət rəhbərlərinə yeni “Zərif” tarif paketini təqdim edib. Tarif paketinə qoşulmaq istəyən xanım sahibkarlar sayta daxil olub, onlayn formada müraciət edə bilərlər - https://kapitalbank.az/corporate-banking/packages-zarif .
Paket daxilində cari hesabın açılması, 3 illik sahibkar, biznes və ya əməkhaqqı kartları, POS-terminal üçün aylıq xidmət haqqı, nağd pul vəsaitlərinin istənilən filialdan cari hesaba mədaxil edilməsi, nağd pul vəsaitlərin məxarici, milli valyutada köçürmələr, xarici valyutada bankdaxili köçürmələr, əməkhaqqı kartlarına mədaxillər və nağdsız valyuta mübadiləsi tam olaraq pulsuz, ölkə xaricinə köçürmələr isə endirimli tariflərlə təqdim olunur. Aprelin 30-dək paketi əldə edən xanımlara, həmçinin 3 illik “Visa Business Gold” kartı hədiyyə olunur.
Müştəri Bank sisteminə qoşulmaq və “Zərif” tarif paketini sifariş etmək üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25 faizədək güzəşt əldə etmək mümkündür.