® “Rabitəbank” tibb işçiləri üçün xüsusi nağd pul krediti kampaniyasına start verib
“Rabitəbank” tibb işçilərinin maliyyə ehtiyaclarını daha rahat və əlçatan şəkildə qarşılamaq məqsədilə tibb sahəsində çalışan şəxslər üçün xüsusi şərtlərlə nağd pul krediti kampaniyasına start verib.
Belə ki, avqustun 31-dək davam edəcək kampaniya çərçivəsində həkimlər və digər tibb işçiləri 50 min manatadək məbləğdə, 59 ayadək müddətə nağd pul kreditini sərfəli faiz şərtləri ilə kredit əldə edə biləcəklər. Kredit üzrə faiz dərəcəsi 9,5 faizdən başlayır və müştərinin gəliri, eləcə də kreditin müddətinə uyğun xüsusi şərtlərlə müəyyən edilir.
Mövcud kreditlərini “Rabitəbank”a transfer etmək istəyən tibb işçiləri üçün də əlavə üstünlüklər nəzərdə tutulub. Transfer edilən kreditlər üzrə faiz dərəcəsinə 3 faizədək endirim tətbiq olunur, eyni zamanda, transfer kreditləri 0 faiz komissiya ilə rəsmiləşdirilir.
Kampaniya barədə ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: https://rbt.az/kmp-tibb
“Rabitəbank” müxtəlif peşə qrupları üçün hazırladığı xüsusi kampaniyalar vasitəsilə müştərilərinə daha sərfəli maliyyə həlləri təqdim etməyə davam edir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə “Rabitəbank” müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.