İQTİSADİYYAT
® “Rabitəbank”dan biznesini böyütmək istəyən sahibkarlara 50 min AZN-dək mikrokredit
Böyük xəyallarla qurduğumuz biznesi böyütmək hər zaman asan olmur. Zaman-zaman qarşımıza bir çox əngəl çıxır, bunların da əksəriyyətini maliyyə mövzuları təşkil edir.
Müştərilərini düşünərək “Rabitəbank” mikro və kiçik sahibkarlıq subyektlərinin inkişafı üçün sərfəli şərtlərlə 50 min AZN-dək mikrokredit kampaniyasını elan edir. Biznesə dəstək üçün nəzərdə tutulan bu kampaniya aşağı faiz dərəcələri, komissiya faizinin olmamasına, əlverişli təminat şərtləri və operativliyinə görə sahibkarlar üçün çox uyğundur. “Mikrokrediti kimlər əldə edə bilər?” - “Rabitəbank”ın təqdim etdiyi mikro kredit yaz kampaniyasından Kənd Təsərrüfatı, Ticarət, İstehsalat, Xidmət və Nəqliyyat sahəsində çalışan bütün sahibkarlar yararlana bilərlər. Müştərilər 50 min AZN-dək mikrokrediti əldə etməklə 36 ayadək ödəyə bilərlər. Həmçinin müsbət tarixçəsi olan müştərilərə onların hər bir il kredit tarixçəsinə 1 faiz endirim tətbiq olunacaq. Kampaniyanın müddəti mayın 31-dək keçərlidir. “Rabitəbank”ın təklif etdiyi mikrokredit kampaniyasını onlayn https://rbt.az/micro sifariş edə, həmçinin filiallarımıza yaxınlaşaraq https://www.rabitabank.com/filiallar əldə etmək mümkündür.
“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.