İQTİSADİYYAT
® “Rabitəbank”ın aktivləri 51 faiz artıb

Cari ilin ikinci rübünün maliyyə göstəricilərinə əsasən, “Rabitəbank”ın aktivləri 926 milyon manata çatıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 51,87 faiz, yəni 314 milyon manat daha çoxdur.
Bu ilin ilk iki rübü ərzində bank 9,3 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 faiz, yəni 2,4 milyon manat daha çoxdur. “Rabitəbank”ın ticarət və investisiya qiymətli kağızlarına olan yatırımları da keçən ilin uyğun dövrü ilə müqayisədə 37 faizlik artım göstərərək 54 milyon manata çatıb. Bununla yanaşı, bankın digər banklarda və maliyyə institutlarındakı depozitlərinin həcmi də analoji dövrlə müqayisədə 93 faiz artaraq (və ya iki dəfə artaraq) 241 milyon manata çatıb. Dayanıqlığı ilə seçilən bankın bu ilin ilk iki rübündə əmanət portfeli 2019-cu ilin uyğun dövrü ilə müqayisədə 63 faiz daha çox, yəni 657 milyon manat təşkil edib. Müştərilərə verilmiş kreditlərin həcmində də ciddi artım müşahidə edilib. Belə ki, bank istehlak, biznes və daşınmaz əmlak kreditləşməsində keçən ilin uyğun dövrü ilə müqayisədə 36 milyon manat, yəni 10 faiz artaraq kreditləşmə həcmini 382 milyon manata çatdırıb.
Qeyd edilən müsbət tendensiyaya uyğun olaraq, bankın faiz və qeyri faiz gəlirləri də artıb. Belə ki, “Rabitəbank” 2020-ci ilin ilk iki rübü ərzində 22 milyon manat faiz gəliri əldə edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13 faizlik artım deməkdir. Bankın qeyri-faiz gəlirləri isə 34 faizlik ciddi artım göstərərək 6,3 milyon manata yüksəlib.
Bazara yeni məhsullar və rəqəmsal həllər təklif edən “Rabitəbank”ın innovativ mobil bankçılıq tətbiqi də bu dövr ərzində 60 min dəfədən çox yüklənib və müştərilərin maliyyə xidmətlərindən istifadəsini rahatlaşdırıb. Eyni zamanda, bank əsasən hüquqi şəxslər üçün nəzərdə tutulan və banka gəlmədən maliyyə əməliyyatlarının həyata keçirməyə imkan verən internet bankçılıq xidmətini istifadəyə rahat yeni tərtibatda müştərilərə təqdim edib.
"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.