® “STP Şirkətlər Qrupu” satış distribütorunun seçilməsi ilə əlaqədar müsabiqə elan edir
“STP Şirkətlər Qrupu”na daxil olan “STP Global Cable” şirkəti kabel məhsullarının satışının həyata keçirilməsinə dair rəsmi distribütorunun seçilməsi ilə bağlı müsabiqə elan edir.
Sözügedən şirkət tərəfindən həyata keçirilən müsabiqə nəticəsində kabel məhsullarının eksklüziv və standart distribütorluğunu həyata keçirəcək şirkətlər seçiləcək. Müsabiqədə iştirak etmək üçün müvafiq hüquqi sənədlər və təkliflər qapalı və möhürlü zərfdə iyulun 25-dək iştirakçılar tərəfindən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ünvanında yerləşən “STP Global Cable” şirkətinin Satınalma şöbəsinə göndərilməlidir.
Müsabiqədə iştiraka dair əsas şərtlər toplusu ilə aşağıdakı keçidə daxil olaraq tanış olmaq mümkündür: https://shorturl.at/NaMtF .
Eləcə də iştirakçılar “STP Global Cable” şirkətinin satınalma bölməsinə elektron məktub ([email protected]) ünvanlayaraq müsabiqə haqqında ətraflı məlumat əldə edə bilərlər.
“STP Şirkətlər Qrupu”nun təqdim etdiyi bütün məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək də əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:23]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:20]
“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]