"Qonaq teatr" layihəsi çərçivəsində növbəti tamaşa oynanılacaq
Sumqayıt, 2 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrı Bakı teatr sevərlər üçün "Ocaq" tamaşası ilə çıxış edəcək. Tamaşa Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə "Qonaq teatr" layihəsi çərçivəsində oynanılacaq.
AZƏRTAC xəbər verir ki, tanınmış Türkiyə yazıçısı Turkut Ozakmanın əsərinə teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib. Sıxıntılar içində yaşayan bir ailənin faciəsi kontekstində cəmiyyət, zaman və insan problemləri süjet xəttini təşkil edir.
Teatrdan bildirilib ki, Azərbaycan Teatr Xadimləri İttifaqının gerçəkləşdirdiyi festivala qatılan Sumqayıt teatrının çıxışı iyulun 3-də Aktyor evində baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.02.2026 [18:35]
Ceyrançöldə ağacəkmə aksiyası keçirilib
- 09.02.2026 [16:13]
Naxçıvan Muxtar Respublikasının Baş naziri kollektivə təqdim edilib
- 09.02.2026 [15:23]
Gədəbəydə uşaq və yeniyetmələr arasında şahmat və dama turniri keçirilib
- 09.02.2026 [11:20]
Qəbələdə musiqi bayramı: “Qış nağılı” II Beynəlxalq Festivalı yekunlaşdı
- 09.02.2026 [11:03]