"Kür" həndbol klubu Avropa Kubokunda mübarizəni dayandırıb
Mingəçevir, 1 dekabr, AZƏRTAC
Kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Mingəçevir təmsilçisi 1/16 final mərhələsinin cavab matçında İslandiyanın “Haukar” komandası ilə qarşılaşıb.
Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində oynanılan qarşılaşmanı Moldovadan olan referilər – Kristina Sirbu və Viktor Serdiuç idarə ediblər. Görüşün EHF (Avropa Həndbol Federasiyası) nümayəndəsi isə türkiyəli Kənan Gökmən olub.
İlk matçda rəqibinə 25:30 hesabı ilə uduzan Azərbaycan çempionu cavab görüşündən də məğlub ayrılıb. Meydandan 38:27 hesabı ilə qalib ayrılan qonaqlar növbəti mərhələyə adlayıblar. "Kür" isə mübarizəni dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]