"Mançester Yunayted" İngiltərə kubokunun finalına çıxıb
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 21-də “Mançester Yunayted” ilə “Tottenhem” arasında İngiltərə kuboku uğrunda ilk yarımfinal oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Vembli” stadionunda keçirilən oyunda “Mançester Yunayted” 2:1 hesabı ilə qalib gəlib.
Hesabı “Tottenhem” klubu açıb. Oyunun 21-ci dəqiqəsində Delli Alli fərqlənib - 0:1. On dəqiqədən sonra “qırmızı şeytan”lar hesabı bərabərləşdiriblər, Aleksis Sançes adını tabloya yazdırıb - 1:1. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra matçın 64-cü dəqiqəsidə Ander Herrera “Mançester Yunayted”in qələbə topunu vurub. Görüş 2:1 hesabı ilə “Mançester Yunayted”in qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra finala yüksələn Joze Maurinyonun yetirmələri “Çelsi” - “Soutgenton” oyununun qalibi ilə finalda qarşılaşacaqlar.
Final mayın 19-da “Vembli” stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]