"Nine Senses Fest” beynəlxalq festivalı davam edir
Bakı, 7 oktyabr,AZƏRTAC
“Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, festivalın ikinci günündə yoqa ustadı, musiqiçi, bəstəkar və multiinstrumentalist İmran Kriya, şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifi Anna Vladimirova və yeni bir yoqa forması olan CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri Nandan Qautam ustad dərsləri, art terapiya, terapevtik qrup məşqləri, qrup sağlamlıq və həyat kouçluğu təlimləri keçirirlər.
Tədbir çərçivəsində həmçinin əl işlərindən ibarət tematik yarmarka təşkil olunub.