"Qardaş Köməyi Platforması" yardım kampaniyasına başlanılıb
Bakı, 8 fevral, AZƏRTAC
Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı yardım kampaniyaları təşkil edilib.
Bu barədə AZƏRTAC-a Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç məlumat verib. O, Bakı Türk Təhsil Qurumları, Türkiyə Əsri Birlik və Həmrəylik Platforması və “Qardaş Köməyi Platforması” yardım kampaniyalarına başlanıldığını qeyd edib.
"Qardaş köməyinə, qardaşlarımızın səsinə ehtiyacımız var. Aşağıda nömrələri və adları qeyd olunan kampaniyaya sizləri dəvət edir, dəstəyinizi gözləyirik”, - deyə Selçuk Karakılıç əlavə edib.
Bildirilib ki, zəlzələdən zərərçəkənlərə qış paltarları, gödəkçə, şalvar, əlcək, corab, çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.