"Xırdalan" və "NTD-INDIGO" klubları çempionata qələbə ilə start verib
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Basketbol Liqasının (ABL) ilk turu çərçivəsində növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş "Xırdalan" "Şəki" ilə qarşılaşıb. "Xırdalan" yekunda 102-78 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Xırdalan" (Cakori Arçi - 29 xal, 7 ribaund), "Şəki" (Pol Dibal - 33 xal, 20 ribaund) .
Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən "NTD-INDIGO" - "Sumqayıt" oyunu isə ev sahibinin 97-79 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "NTD-INDIGO" (Qriffin Remmi - 22 xal, 7 asist), "Sumqayıt" (Tayrey Rendall - 23 xal, 3 asist).
Qeyd edək ki, ilk turun son oyunu ("Gəncə" - "Sabah") 29 oktyabr tarixində baş tutacaq.