İDMAN
"Yuventus" 13-ci dəfə İtaliya kubokunu qazanıb
Bakı, 10 may, AZƏRTAC
İtaliyanın paytaxtı Romanın "Olimpiko" stadionunda ölkə kubokunun final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın iki nəhəng klubu "Yuventus" və "Milan" üz-üzə qəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə qapılara qol vurulmayıb.
İkinci hissənin 56-ci dəqiqəsində üstünlüyü ələ alan "Yuventus" klubu künc zərbəsindən sonra Benatiyanın sayəsində hesabı açıb - 1:0. Bundan beş dəqiqə sonra Duqlas Kosta hesabı artırıb - 2:0. Matçın 64-ci dəqiqəsində Benatiya özünün ikinci komandanın üçüncü qolunu vurub - 3:0. Oyunda son nöqtəni "Yuventus"un künc zərbəsindən sonra avtoqola imza atan Kaliniç qoyub - 4:0. Beləliklə "Yuventus" 4:0 hesabı ilə qələbə qazanaraq tarixində 13-cü kubokuna sahib olub.