AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aprelin 25-dən mayın 1-dək olan müddətdə yol tikintisi və təmiri sahəsində görülən işlər barədə məlumat açıqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsi əsaslı təmir olunub, Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir.
Eyni zamanda, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun inşası sürətlə davam etdirilir, media nümayəndələri Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə tanış olublar və Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun yenidən qurulması işləri davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]