ABƏŞ ƏTRAF MÜHİTƏ TƏSİRİ ÖYRƏNMİŞDİR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti \ABƏŞ\ “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənilməsinin 1-ci fazası layihəsi çərçivəsində görülən işlərin təbii və sosial mühitə təsirini öyrənmişdir. Milli Elmlər Akademiyası alimlərinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirak etdiyi tədqiqatlar arxeologiya, terminal ətrafındakı bitki və heyvanat aləmi, torpağın və qrunt sularının öyrənilməsi sahələrini əhatə etmişdir. Yerli əhali arasında sorğu keçirilmiş, Səngəçal buxtasında dənizin dibindən və su qatından nümunələr götürülmüş, çöküntülər və dəniz bitkiləri öyrənilmişdir.
Tədqiqatlar nəticəsində ətraf mühitə təsirin mümkün olan bir neçə növü aşkar edilmişdir. Bu təsirlərin çoxu qazma şlamlarının və yanaşı çıxarılan suyun təkrar quyuya vurulması ilə, səmt qazından dəniz və sahil obyektləri üçün yanacaq kimi istifadə edilməsi yolu ilə azaldılmış, yaxud aradan qaldırılmışdır. Sosial sahədə işçilərin təlimi və onlarda vərdişlərin yaranması proqramlarını, yerli əhalinin xeyrinə sosial investisiyalar üzrə layihələri həyata keçirmək, kadr ehtiyatlarını yerli və regional potensial hesabına təmin etmək qərara lınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:23]
Sabahın hava proqnozu açıqlanıb
- 03.06.2026 [12:51]
Sabahın hava proqnozu açıqlanıb
- 02.06.2026 [15:32]
Emissiyalar yavaşladıqca, alimlər ən pis iqlim ssenarisindən imtina edirlər
- 02.06.2026 [12:48]
Sabah hava əsasən yağmursuz olacaq
- 01.06.2026 [17:00]