ABŞ 2023-cü maliyyə ilində 80 nüvə başlığı istehsal edəcək
Bakı, 26 aprel, AZƏRTAC
Birləşmiş Ştatlar 2023-cü maliyyə ilində 80 plutonium başlığı istehsal edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın nüvə silahının hazırlanmasına və saxlanılmasına məsul olan Nüvə Təhlükəsizliyi İdarəsinin məlumatında deyilir.
Məlumata görə, nüvə əsaslı B61-12 aviasiya bombalarının xidmət müddətinin uzadılması və “Ohio” sinifli strateji sualtı qayıqlara yerləşdirilmiş “Trident II” qitələrarası ballistik raketləri üçün W88 nüvə başlıqlarının modernizə edilməsi üzrə işlər plan üzrə gedir.
Bundan başqa, ABŞ-ın nüvə qüvvələrinin modernizə proqramı çərçivəsində qanadlı raketlər üçün W80-4 və Birləşmiş Ştatların strateji nüvə qüvvələrinin arsenalındakı şaxta bazalı yeganə “Minuteman III” tipli qitələrarası ballistik raketini əvəz edəcək “Sentinel” üçün W87-1 nüvə başlıqlarının seriyalı istehsalı başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]