ABŞ BANKI AZƏRBAYCANIN LİZİNQ ŞİRKƏTİNƏ KREDİT XƏTTİ AÇMIŞDIR
AZƏRTAC xəbər verir ki, ABŞ-ın “Eximbank”ı Azərbaycanın «Unileasing» QSC lizinq şirkətinə 2,5 milyon dollar məbləğində kredit xətti açmışdır.
Şirkətdən bildirmişlər ki, vəsaitin bir hissəsi “New Holland tikinti texnikasının lizinqi” layihəsi çərçivəsində tikinti texnikasının ixracının maliyyələşdirilməsinə yönəldiləcəkdir. Digər hissəsi isə sahibkarlığın stimullaşdırılmasına sərf ediləcəkdir. Hazırda yerli sahibkarların müxtəlif layihələrinin maliyyələşdirilməsi üçün vəsaitin cəlb edilməsi məqsədi ilə müxtəlif maliyyə institutları, o cümlədən “Korea Export Insurance Corporation” və Yaponiyanın kommersiya bankları ilə danışıqlar aparılır.