ABŞ-da koronavirusa qarşı potensial peyvəndlərin 14 variantı seçilib
Bakı, 15 may, AZƏRTAC
Amerikalı ekspertlər COVID-19 infeksiyasına qarşı potensial vaksinlərin 14 variantını seçib.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib.
“Hakimiyyət orqanlarında çalışan ekspertlərimiz bütün dünya üzrə sınaqları keçirilən potensial vaksinlərin 100-ə yaxın variantının qiymətləndirilməsində iştirak ediblər. Onlar daha perspektivli görünən 14 vaksin variantını seçiblər. Hazırda həmin vaksinlərin sayının azaldılması üzrə çalışmalar davam edir”, - deyə ABŞ Prezidenti bildirib.
Donald Trampın sözlərinə görə, Birləşmiş Ştatlar peyvəndin ilin sonuna qədər və hətta daha tez əldə ediləcəyinə ümid bəsləyir. Vaksinlər ABŞ ərazisində istehsal olunacaq.
Dövlət başçısı, həmçinin ABŞ hakimiyyət orqanlarının vaksinlərin sınaqlarının sürətləndirilməsi və onların istifadəsinə icazələrin alınması üçün hər şeyi edəcəyini deyib. Onlar ən perspektivli prototiplərin istehsalına investisiya yatırmağa hazır olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]