ABŞ-da sutka ərzində koronavirusa 32 minə yaxın yoluxma qeydə alınıb
Bakı, 18 aprel, AZƏRTAC
ABŞ-da ötən sutka ərzində koronavirusa 31 min 905 yoluxma halı qeydə alınıb, 3 min 857 nəfər isə həyatını itirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına əsasən, bundan öncəki sutka ərzində ölənlərin sayı 4 min 591 nəfər olub ki, bu da ABŞ-da pandemiya dövrünün ən yüksək göstəricisidir.
Xatırladaq ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 13:20-yə olan məlumatına əsasən, dünyada 2 milyon 260 mindən çox yoluxma və 154 min 714 ölüm faktı qeydə alınıb, 578 min 799 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
ABŞ-da indiyə qədər yeni koronavirusa yoluxanların sayı 710 min nəfəri ötüb, onlardan 37 min 175-i vəfat edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]