ABŞ-DA TƏXMİNƏN 100 MİN NƏFƏRİN QAÇQIN STATUSU VAR
AZƏRTAC xəbər verir ki, Assoşieyted Press agentliyinin ABŞ-ın hakimiyyət orqanlarına və Qırmızı Xaç Cəmiyyətinə istinadla yaydığı məlumata görə, hazırda Birləşmiş Ştatlarda “Katrina” və “ Rita” qasırğalarından zərər çəkmiş 99 min 100 nəfərin rəsmən qaçqın statusu var. Evsiz-eşiksiz qalmış bu adamları ölkənin 18 ştatında və Kolumbiya mahalında xüsusi təşkil edilmiş sığınacaqlarda yerləşdirmişlər.
Qaçqınların əksəriyyəti qasırğaların tüğyan etdiyi Texas və Luiziana ştatlarındadır. Buradakı sığınacaqlarda müvafiq olaraq 42 min və 46,4 min adam yerbəyer edilmişdir. Vaşinqtonda isə cəmi 55 qaçqın buradakı binalardan birində müvəqqəti yerləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]