ABŞ-da yeniyetmənin ad günündə atışma nəticəsində 9 nəfər yaralanıb
Vaşinqton, 21 aprel, AZƏRTAC
ABŞ-ın Luiziana ştatında, Yeni Orleandan təxminən 35 kilometr qərbdə yerləşən Laplas şəhərində 12 yaşlı uşağın ad günündə baş verən atışma nəticəsində azı 9 yeniyetmə yaralanıb.
AZƏRTAC Laplas polisinin bəyanatına istinadən xəbər verir ki, atışma iki yeniyetmə arasında mübahisə nəticəsində baş verib.
Şəhər şerifinin bəyanatında deyilir: “Polislər tərəfindən aparılan təhqiqat nəticəsində yetkinlik yaşına çatmamış 9 nəfərin yaralandığı məlum olub. Onlardan 7 nəfəri yerli xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb, xəstəxanada qalan 2 nəfərin vəziyyəti isə sabitdir”.
Hakimiyyət orqanları hesab edirlər ki, ad günündə təqribən 60 yeniyetmə iştirak edib. Məlum olub ki, yeniyetmələr arasında oğlanlardan ibarət iki qrup bir-biri ilə ədavətdə olublar. Onlardan ikisinin mübahisəsi yekunda atışma ilə nəticələnib.
Lakin ad günündə iştirak edənlərin sayının çoxluğuna baxmayaraq, onlardan heç biri gördükləri barədə rəsmi məlumat verməyib. Atışma ilə bağlı hələ ki, heç kəs həbs olunmayıb.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]