ABŞ-DAKI AZƏRBAYCAN DİASPORU BEYNƏLXALQ BİRLİYİ QANLI 20 YANVAR FACİƏSİNİ ANMAĞA ÇAĞIRIR
Cəmiyyətin Nyu-Cersi ştatındakı baş qərargahı ABŞ-ın nüfuzlu məlumat mənbələrinə göndərdiyi bəyanatda xatırlatmışdır ki, 1990-cı ilin 20 yanvarında Bakıya hücum edən sovet qoşunları 140 günahsız mülki vətəndaşı qəddarcasına qətlə yetirmişdir. Yatan şəhər Mixail Qorbaçovun göstərişi ilə bir neçə istiqamətdən ağır zirehli texnika, hərbi vertolyotlar və dəniz qoşunları tərəfindən hədəfə alınmışdır. Səhər tezdən küçələrdə tapılan çoxsaylı cəsədlər arasında azərbaycanlılar, ruslar, tatarlar, ləzgilər, yəhudilər var idi. Qadınlar, uşaqlar, ahıllar gülləyə tuş gəlmişlər. Bütün bunlar müstəqillik yolunu seçən mərd Azərbaycan xalqını mübarizəsindən döndərmək cəhdi idi. Lakin faciə Azərbaycan xalqının azadlıq istəyini daha da möhkəmləndirdi. 1991-ci ildə sovet respublikaları arasında birincilərdən olaraq, Azərbaycan müstəqlillik haqqında Konstitusiya aktı qəbul etdi. Sonra isə əsarət və qəddarlıq rəmzinə çevrilən keçmiş sovet qoşunlarını tamamilə torpağından çıxardı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]