ABŞ-ın 200 milyondan çox sakini qar fırtınasının təsirinə məruz qala bilər
Bakı, 26 yanvar, AZƏRTAC
ABŞ-a güclü qar və şaxtalar gətirən “Fern” qasırğası nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, “BBC” teleradio şirkətinin məlumatına görə, ABŞ-ın 200 milyondan çox sakini qar fırtınasının təsirinə məruz qala bilər. Ölkə daxilində ərzaq mağazalarının rəfləri sürətlə boşalmağa başlayıb. Yerli sakinlər yaxın günlərdə evlərində təcrid olunmağa hazırlaşırlar.
Artıq ölkənin 24 ştatında ekstremal hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib. Qasırğa səbəbindən 17 mindən çox aviareys ləğv olunub. Böyük şəhərlərdə dərslər ləğv edilib və ya distant təhsil rejiminə keçirilib.
Bazar günü Texasdan Şimali və Cənubi Karolinayadək səkkiz ştatda bir milyondan çox ev və müəssisə işıqsız qalıb. Qasırğadan ən çox Tennessi ştatı zərər çəkib.
Sinoptiklərin proqnozuna görə, bazar ertəsi Şərq sahilindən uzaqlaşaraq Atlantik okeanına doğru hərəkət edəcək qasırğa Arktika hava axını ilə müşayiət olunacaq ki, bu da qar və şaxtaları bir qədər də gücləndirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]