Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in Bakıdakı nümayəndəliyinin yeni rəhbəri Dövlətqaçqınkomda olublar

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov sentyabrın 17-da ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Bakıdakı nümayəndəliyinin yeni rəhbəri xanım Mikaela Meredis ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Əli Həsənov qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yanaşı, qonaqlara Azərbaycan reallıqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında geniş məlumat verib.

Görüşdə Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsinə toxunan Baş nazirin müavini deyib: “Bir neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycana qarşı əsassız, qərəzli bir qətnamə qəbul edib. Biz Azərbaycana dair qəbul edilmiş bu qətnaməni birmənalı olaraq qətiyyətlə pisləyir və onu ədalətsiz, qərəzli hesab edirik. Avropa Parlamenti Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində doğma ocaqlarından zorla qovulmuş bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkünün pozulmuş hüquqları ilə bağlı 23 ildə bir dənə də olsun qərar qəbul etməyib. Biz hadisələrə obyektiv, müqayisəli münasibət istəyirik. Hesab edirik ki, Azərbaycana bu cür ədalətsiz münasibət bütövlükdə Avropa Parlamentinin deyil, son illər ölkəmizdə əldə edilmiş uğurları, müstəqil siyasəti, dinamik inkişafı gözü götürməyən, antiazərbaycan mövqeli, erməni diasporunun əlində alətə çevrilən, onların sifarişi ilə hərəkət edən bəzi qüvvələrin və deputatların məqsədli şəkildə təşkil etdikləri növbəti çirkin kampaniyadır”.

Əli Həsənov vurğulayıb ki, bu gün Avropa 100-200 min qaçqını yerləşdirə bilmir, bu problemin qarşısında aciz qalıb, amma Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində böyük işlər görüb, onların məşğulluq problemi həll edilib. Prezident İlham Əliyev tərəfindən bu sahənin idarə edilməsi tam təmin olunub.

Baş nazirin müavini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil siyasət yürüdür, dünyanın bütün dövlətləri, həmçinin Avropa Parlamenti ilə qarşılıqlı əlaqələrin daim möhkəmləndirilməsinə və genişləndirilməsinə çalışır. Hətta dövlətimizin başçısı Avropanı düçar olduğu enerji təhlükəsindən xilas etmək yolunda heç bir təhdiddən çəkinməyərək qəti addımlar atır. Ancaq belə bir zamanda Avropa Parlamentində ölkəmizə qarşı bu cür ədalətsiz qətnamənin qəbul edilməsi təəssüf doğurur.

Əli Həsənov ölkəmizin bütün dünyaya açıq olduğunu, qoşulduğu konvensiyalara, üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını, zəngin enerji resursları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb. O deyib: “Bəs nə üçün bizə münasibət soyuqdur? Niyə bizim 1 milyondan çox insanımız 20 ildən artıqdır qaçqın və məcburi köçkün şəraitində yaşamalıdır? Onların hüquqları yoxdurmu? Onların hüquqları tapdalanmırmı? Bizi narahat edən də budur”.

Əli Həsənov bildirib ki, Azərbaycanın əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə mütəmadi məşğul olurlar, ancaq onların fəaliyyətinin heç bir nəticəsi yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir. İlk növbədə, ATƏT-in Minsk qrupunun üzvləri öz qətiyyətlərini ortaya qoymalıdırlar, öz aralarında bu məsələni həll etməlidirlər, yəni, ABŞ və Fransa bu problemin həlli üçün Rusiya ilə danışmalıdır. Digər tərəfdən isə ABŞ və Fransa kimi böyük dövlətlər həm region üçün, həm də dünya üçün təhlükəli olan təcavüzkar Ermənistanın qarşısını almaq istəyirlərsə, qəti praktik addımlar atmalıdırlar və onu beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Ancaq bu gün görürük ki, beynəlxalq birlik bu problemin həll olunmasını yubadır və bu problemdən özləri üçün istifadə edir. Mən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə də münaqişənin həll olunmamasını, uzadılmasını, beynəlxalq birliyin bu münaqişədən öz xeyrinə istifadə etməsini söylədim. Münaqişənin həllinə cavabdeh olan ölkələr nədənsə bunun sona çatmasını istəmir. Azərbaycan xalqı da, Ermənistan xalqı da artıq bu münaqişədən yorulub, amma görünür siyasətçilər yorulmayıb. Bunu nə qədər uzatmaq, ölkələri nə qədər asılı vəziyyətdə saxlamaq olar? Nə qədər danışıqlar aparmaq, görüşlər keçirmək olar? Biz bu münaqişənin nə zaman qurtaracağını səbirsizliklə gözləyirik”.

Baş nazirin müavini bildirib ki, get-gedə insanların dünya güclərinin ədalətli qərar çıxaracağına inamı qalmır. Ölkələr arasında, xalqlar arasında birmənalı etimad olmasa bu münaqişələr davam edəcək. Etimad da o vaxt mümkün olacaq ki, səmimiyyət olsun.

Əli Həsənov diqqətə çatdırıb ki, USAID ilə Azərbaycan hökuməti arasında hər zaman sıx münasibətlər olub. Biz onların layihələrinin icrasına bütün köməyi etmişik və edəcəyik. Son 20 ildə ölkədə həyata keçirilən humanitar proqramların həcmi təxminən 1 milyard dollardan çoxdur. Onun 460 milyon dolları ABŞ-ın müxtəlif dövlət qurumları və bu ölkənin QHT-ləri tərəfindən həyata keçirilən proqramların payına düşür. Bir sözlə, son 20 ildə ölkəyə yönəldilmiş humanitar vəsaitin 50 faizi ABŞ-ın payına düşür. Bu vəsaitlərin hamısı Azərbaycan hökumətinin prioritetinə uyğun sərf edilib. Biz bu köməyi hər zaman yüksək qiymətləndiririk. Əgər vaxtilə bunlar olmasaydı bizim üçün çox çətin olardı. Şükürlər olsun ki, bu gün Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib. Lakin buna baxmayaraq biz bir xalq olaraq yaxşılıqları heç vaxt unutmuruq.

Görüşə görə minnətdarlığını bildirən ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta deyib ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin və qaçqınların düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlərə baxdıqda demək olar ki, ölkəniz onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. Buraya gəldiyim ilk gündən belə bir fikir səsləndirmişəm ki, uzun illərdir insanların yaddaşına hopmuş “dondurulmuş münaqişə” ifadəsi yanlışdır, belə bir şey yoxdur.

Diplomat deyib ki, rəsmi Vaşinqton cəbhə bölgəsinin təmas xəttində baş verən hadisələri çox diqqətlə izləyir. İnsan itkilərinin artması bizi səylərimizi daha da artırmağa və sülhə nail olmağa çağırır. Bu problemin həll olunması üçün birgə səylər göstərmək lazımdır. Azərbaycan ilə ABŞ arasında bir sıra sahələrdə geniş imkanların olduğunu söyləyən səfir bildirib ki, mövcud imkanlar hesabına əlaqələri daha da genişləndirməliyik.

USAID-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Mikaela Meredis bildirib ki, qarşıdakı iki il ərzində ölkəmizdə fəaliyyət göstərəcək. O, ötən illərdə USAID-in Azərbaycandakı nümayəndəliyi ilə qurulmuş yüksək əməkdaşlığa görə minnətdarlığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər VİDEO

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər VİDEO

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər VİDEO

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV