DÜNYA
ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları ötüb

Bakı, 19 sentyabr, AZƏRTAC
ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Maliyyə Nazirliyinin internet saytındakı məlumat bazasında “ümumi dövlət borcu” qrafasında sentyabrın 18-nə bu məbləğ 33,04 trilyon ABŞ dolları kimi göstərilib. Bu, Amerikanın dövlət borcunun rekord səviyyəsidir.
Qeyd edək ki, yanvarda ABŞ hökumətinin borcun 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş yuxarı həddi aşılıb. Bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb.