ABŞ-IN KATOLİKLƏR VƏ MÜSƏLMANLAR İTTİFAQI FƏALİYYƏTİNİ CANLANDIRIR
ABŞ Katoliklər və Müsəlmanlar İttifaqı 2003-cü ilin mayında yaranmışdır. İslam və katoliklik haqqında yanlış təsəvvürlər aradan qaldırılmaq, onların haqqında düzgün məlumat vermək məqsədi ilə tərəflər əməkdaşlıq barədə saziş imzalamışlar.
İttifaqın üzvü Tomas Driskoll demişdir: “Mən hesab edirəm ki, ən böyük təhlükə bir-birimizdən təcrid olunmağımızdadır. Ünsiyyət saxlamaq imkanı olmadığından bir-birimiz haqqında əsl həqiqətdən uzaq əfsanələr uydururuq”.
Təşkilatın digər fəal üzvü doktor Əli Nəhas isə öz fikrini belə ifadə etmişdir: “Bir müsəlman kimi bizim borcumuz digər dinlərin nümayəndələri ilə qarşılıqlı anlaşmaya nail olmağa çalışmaqdır. Katolik dəyərləri və katolik etikası bizə yaxındır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]