ABŞ-IN VİTSE-PREZİDENTİ DİK ÇEYNİ BAKIYA GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də ABŞ-ın vitse-prezidenti Dik Çeyni Bakıya səfərə gəlmişdir.
Heydər Əliyev adına beynəlxalq hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dik Çeynini və xanımını Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər naziri Elmar Məmmədyarov qarşıladılar.
######
