ABŞ-IN VİTSE-PREZİDENTİ DİK ÇEYNİ GÜRCÜSTAN PREZİDENTİ MİXEİL SAAKAŞVİLİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 4-də Bakıdan Gürcüstana gələn ABŞ-ın vitse-prezidenti Dik Çeyni ilə Prezident Mixeil Saakaşvili arasında qapalı görüş keçirilmişdir.
Görüş başa çatdıqdan sonra birgə brifinq keçirilmişdir. M.Saakaşvili həmrəyliyə və dəstəyə görə ABŞ rəhbərliyinə təşəkkür etmişdir. O demişdir ki, indi məqsəd ölkəni ayağa qaldırmaqdır. Biz Avropa İttifaqından, ABŞ-dan, Yaponiyadan, Çindən və digər ölkələrdən dəstək və yardım alırıq. Biz problemlərin yoluna qoyulması üçün dialoqa hazırıq.
Dik Çeyni demişdir ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, biz gürcü xalqının tərəfindəyik. ABŞ Gürcüstana humanitar yardımları davam etdirir.
D.Çeyni səfəri zamanı Gürcüstanda humanitar yardımın paylanması prosesi ilə maraqlanmış, Tbilisi yaxınlığındakı Alekseyevka hərbi aerodromuna baxmışdır.
Həmin gün ABŞ-ın vitse-prezidenti Tbilisidən Ukraynaya yola düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]