ABŞ Konqresinin Nümayəndələr Palatası 901 milyard dollarlıq müdafiə xərcləri layihəsini qəbul edib
Bakı, 11 dekabr, AZƏRTAC
ABŞ Konqresinin Nümayəndələr Palatası səs çoxluğu ilə 2026-cı il üçün 901 milyard dollarlıq müdafiə xərcləri ilə bağlı qanun layihəsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, sənəd bundan sonra təsdiqlənməsi üçün Senata göndəriləcək. Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Consonun sözlərinə görə, qanun layihəsi Prezident Donald Trampın 15 icra sərəncamını kodlaşdırmaq, sərhədləri qorumaq, müdafiə sənayesi bazasını canlandırmaq və hərbi əhvali-ruhiyyəni bərpa etmək məqsədi daşıyır.
Təxminən 3 min səhifəlik qanun layihəsinə hərbi qulluqçuların maaşının dörd faiz artırılması, Pentaqonun sürətləndirilmiş silah tədarükü, “Qızıl Qübbə” raketdən müdafiə sisteminin qurulması və döyüş hazırlığının təkmilləşdirilməsi üzrə tədbirlər daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]