ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
Bakı, 27 avqust, AZƏRTAC
ABŞ-nin ticarət kəsiri 2025-ci ilin əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Ticarət Departamentinin açıqladığı məlumatlara görə, iyul ayında Birləşmiş Ştatların ticarət kəsiri illik müqayisədə 17,2 faiz artaraq 118,8 milyard dollara çatıb. Bu da ötən ilin mart ayından bəri ən yüksək səviyyədir.
“Bloomberg”in iqtisadçılar arasında apardığı sorğuya görə, kəsir 100,5 milyard dollar proqnozlaşdırılırdı.
Hesabat dövründə ABŞ-nin məhsul idxalı 3,7 faiz artıb. Bu artım kompüterlər və aksesuarlar, yarımkeçiricilər və telekommunikasiya avadanlıqları da daxil olmaqla kapital mallarında 1993-cü ildən bəri qeydə alınan ən böyük artımla əlaqədardır. ABŞ-nin məhsul ixracı isə 2,9 faiz azalıb.
Açıqlanan rəqəmlər göstərir ki, iyul ayında xam neft və neft məhsulları da daxil olmaqla, sənaye təchizatının həm idxalı, həm də ixracı azalıb. Bu kateqoriyaya, həmçinin ötən il dalğalanmalara səbəb olan qeyri-monetar qızıl da daxildir.
İstehlak mallarının idxalı yalnız cüzi artım göstərib, digər kateqoriyalarda isə idxal həcmləri azalıb.
Pərakəndə məhsul ehtiyatları 0,7 faiz, topdansatış məhsul ehtiyatları 1,3 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [19:10]
Səudiyyə Ərəbistanının nüvə enerjisi həmləsi neft ixracı gücünü artıracaq
- 27.08.2026 [18:27]
Avropa ölkələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşüb
- 27.08.2026 [17:56]
ABŞ-nin sutkalıq neft istehsalı 13 milyon 843 min barelə yüksəlib
- 27.08.2026 [17:54]
“TotalEnergies” Rusiyadakı LNG layihəsindən çıxıb
- 27.08.2026 [17:28]
Nepaldakı gölün 72 saat ərzində dağıla biləcəyi barədə xəbərdarlıq edilib
- 27.08.2026 [17:26]