ABŞ Ordusu helikopter qəzalarından sonra aviasiyanın uçuşlarını dayandırıb
Bakı, 29 aprel, AZƏRTAC
ABŞ-ın Quru Qoşunları bir neçə həftə ərzində dörd helikopterin qəzaya uğramasından sonra kritik vacib əməliyyatlarda iştirak edən aviasiya istisna olmaqla, başqa bütün uçuşları dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Quru Qoşunlarının qərargah rəisi general Ceyms Makkonvillin yazılı bəyanatında deyilir.
Sənəddə generalın 12 nəfərin həyatına son qoyan iki helikopter qəzasından sonra mayın 1-dən 5-dək uçuşların dayandırılması barədə əmr verdiyi qeyd olunur. “Müvafiq əmrə əsasən kritik vacib əməliyyatda iştirak edənlərdən başqa, bütün heyət lazımi hazırlıqlar başa çatana qədər uçuşlardan uzaqlaşdırılıb”, - deyə ABŞ Ordusunun mətbuat-xidməti bildirib.
Xatırladaq ki, aprelin 28-də Alyaska ştatında ABŞ Ordusunun “AH-64 Apache” helikopteri təlimdən qayıdarkən qəzaya uğrayıb. Nəticədə 3 hərbçi həlak olub, bir nəfər xəsarət alıb. Bir ay öncə isə 101-ci hava-desant diviziyasına məxsus iki “Black Hawk” helikopterinin Kentukki ştatında təlim zamanı toqquşması nəticəsində doqquz hərbçi həyatını itirib. Pentaqon bu qəzaları təhqiq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]