ABŞ Prezidenti Cozef Baydenin Almaniyaya səfərinin yeni tarixi müəyyənləşib
Berlin, 14 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Cozef Baydenin “Milton” qasırğası ilə əlaqədar Almaniyaya təxirə salınan səfərinin yeni tarixi elan olunub.
AZƏRTAC Almaniya mətbuatına istinadla xəbər verir ki, Cozef Baydenin oktyabrın 18-də Berlinə səfər edəcəyi bildirilib. Səfər çərçivəsində Birləşmiş Ştatların dövlət başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şoltsla görüşləri nəzərdə tutulub.
Bu, Cozef Baydenin dördillik prezidentliyi dövründə Berlinə ilk səfəri olacaq. O, 2022-ci ildə Bavariyadakı Elmau şəhərində keçirilən G7 Sammitində iştirak etmişdi. Prezident, həmçinin ötən il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrail səfərindən qayıdarkən prezident təyyarəsinə (Air Force One) yanacaq doldurulması üçün Rammşteyn şəhərindəki ABŞ hərbi bazasında olmuşdu.
Xatırladaq ki, Cozef Bayden oktyabrın 10-dan 12-dək planlaşdırılan səfərini Florida ştatında tüğyan edən “Milton” qasırğası ilə əlaqədar təxirə salmışdı. Qasırğa nəticəsində ABŞ iqtisadiyyatına təxminən 50 milyard dollar ziyan dəyib.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]