ABŞ Yaxın Şərqdəki aviabazalarından hərbçilərin təxliyəsinə başlayıb
Bakı, 14 yanvar, AZƏRTAC
ABŞ Yaxın Şərqdəki aviabazalarından hərbçilərin təxliyəsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin mənbələrinə istinadla yaydığı məlumata görə, ABŞ ordusu bəzi hərbçilərə çərşənbə axşamınadək Qətərdəki “Əl-Udeyd” aviabazasından çıxmağı tövsiyə edib. ABŞ-ın Dohadakı səfirliyi hələlik vəziyyətlə bağlı şərh verməyib.
Qeyd edək ki, “Əl-Udeyd” Birləşmiş Ştatların Yaxın Şərqdəki ən böyük hərbi bazasıdır. Bu bazada təxminən 10 min amerikalı hərbçi xidmət edir. ABŞ 2025-ci ilin iyun ayında İrana aviazərbələr endirmədən öncə hərbçilərin bir hissəsini regiondakı bazalardan çıxarmışdı.
Yanvarın 12-də Prezident Donald Tramp ABŞ-ın hərbi və kommersiya obyektlərinə hücum edəcəyi təqdirdə İranı “misli görünməmiş zərbələrlə” hədələyib. Ağ Evin rəhbəri, həmçinin iğtişaşlarda iştirak edən insanları hökumət binalarını ələ keçirməyə çağırıb və “köməyin artıq yolda olduğunu” deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]