“Abşeronneft” NQÇİ-nin mədən ərazilərində yaşıllaşdırma tədbirləri geniş vüsət almışdır
Bakı, 16 may (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azneft” İstehsalat Birliyi (İB) ilə birgə neft-qaz çıxarma idarələrinin (NQÇİ) reabilitasiya olunmuş mədən ərazilərinin yaşıllaşdırılması və ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində QSC və “Azneft” İB tərəfindən minlərlə müxtəlif növ ağac növləri (eldar şamı, zeytun, iydə və sair) əkilmiş və bitkilərə aqrotexniki xidmətlər göstərilmişdir. QSC-nin torpaqların rekultivasiyası departamentinin (TRD) əməkdaşları hazırda 10 hektara qədər ərazidə 9 min 950 ədəd müxtəlif ağac növlərinə aqrotexniki xidmət göstərirlər.
NQÇİ yaşıllıq sahələrində bitkilərin normal inkişafı və su təchizatının yaxşılaşdırılması məqsədilə sahələr damcı suvarma sistemləri ilə təmin edilmişdir.
Yaz mövsümü ilə əlaqədar TRD “Abşeronneft” NQÇİ-nin inzibati binasının ətrafında gül kolları əkilir və mövcud ağaclara aqrotexniki xidmətlər göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]