Açıq səma altında rəsm qalereyası - Şahdağ yolundan FOTOREPORTAJ
Qusar, 17 iyul, AZƏRTAC
Şahdağ Turizm Mərkəzi Azərbaycanın ən məşhur istirahət məkanlarından biridir. Hər il minlərlə yerli və xarici turist sərin dağ havası, əsrarəngiz təbiəti və müasir turizm infrastrukturu üçün bu məkana üz tutur.
Qusardan Şahdağ istiqamətinə uzanan avtomobil yolu boyunca bir-birini əvəz edən təbiət mənzərələri sanki açıq səma altında rəsm qalereyasını xatırladır. Yolun kənarı ilə axan bolsulu Qusarçay sərinliyi və gur səsi ilə bu gözəlliyə xüsusi ahəng qatır, dağ yamaclarını bəzəyən rəngarəng çiçəklər, yaşıllığa qərq olmuş təbiət səyahəti daha da xoş edir.
AZƏRTAC bölgə müxbirinin Şahdağ yolunda lentə aldığı fotoreportajı təqdim edir.
Müxbir – Elxan Yusifli