REGİONLAR
ADAU-da “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib VİDEO
![](/files/galleryphoto/2023/1/1200x630/1677665649113075867_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677665649599962594_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16776656495854639287_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16776656495230552719_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16776656495703528416_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16776656491098857418_1200x630.jpg)
Gəncə, 1 mart, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ADAU rəhbərliyi, professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə Tədris-təcrübə təsərrüfatında keçirilən aksiyada 2000 ədəd müxtəlif növ meyvə tingi əkilib. Ərazidə olan meyvə ağaclarına mövsümi qulluq edilib.
Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov bildirib ki, aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir. Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Sonra tədbir iştirakçıları üçün universitet əməkdaşlarının və tələbələrin hazırladığı müxtəlif növ təamlar təqdim olunub.