Adi fotoşəkillə körpələrdə sarılıq müəyyənləşdirilə bilər - İsrail tədqiqatı
Bakı, 11 dekabr, AZƏRTAC
İsraildə yeni bir klinik araşdırmaya görə, yeni doğulmuş körpənin gözünün sadə bir fotoşəklindən istifadə edərək dəqiq şəkildə ona sarılıq diaqnozu qoyula bilər.
AZƏRTAC İsrailin “TPS-IL” informasiya agentliyinə istinadla xəbər verir ki, yeni araşdırma qan testlərinə ehtiyacı kəskin şəkildə azalda və bilirubinin müayinəsini asanlaşdıra bilər.
Tədqiqata İsrailin rəqəmsal sağlamlıq startapı “Bilieye” və Petah Tikvadakı “Schneider Innovation Center” rəhbərlik edir. Bu təcrübənin həm xəstəxanalar, həm də icma klinikaları üçün əlçatan olacağını bildirilib.
Agentliyin məlumatına görə, neonatal sarılıq olduqca yayılmış bir problemdir. Bu, yeni doğulmuş körpələrin təxminən 60, vaxtından əvvəl doğulmuş körpələrin isə 80 faizində görünə bilər. Əksər hallarda zərərsizdir və tibbi müdaxilə tələb etmir. Lakin bilirubin səviyyəsi çox yüksək olarsa və diqqətdən kənarda qalarsa, bu, ciddi ağırlaşmalara, hətta daimi nevroloji zədələnməyə səbəb ola bilər. Buna görə də erkən aşkarlama vacibdir.
“Bilieye” texnologiyası bilirubinin səviyyəsini qiymətləndirmək və işıqlandırma vəziyyətini aradan qaldırmaq üçün süni intellektə əsaslanan ilk texnologiyadır. Tədqiqatın gələn il ərzində davam edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]