ADNSU-da Novruz şənliyi keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bayram şənliyində tələbələrin hazırladıqları Novruz xonçaları və milli adət-ənənələrimizi əks etdirən bayram şirniyyatları nümayiş olunub. Tədbirdə təbrik nitqi ilə çıxış edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov universitetin professor-müəllim heyətini və tələbələri milli bayram münasibətilə təbrik edib. Rektor bu gün Novruz bayramının Azərbaycanın bütün ərazilərində qeyd olunduğunu vurğulayıb.
Tədbir ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının çıxışı, Novruz bayramının məşhur personajları - Kosa ilə Keçəlin təqdimatında maraqlı səhnəciklər, müxtəlif oyunlar və “Dərviş bənd” qrupunun maraqlı musiqi nömrələri ilə davam edib.