“ADPU-nun Cəlilabad filialının tələbələri qızılcaya təhsil ocağından kənarda yoluxublar” – filial dekanı
Cəlilabad, İ.Adıyev, 23 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında bu mövsümdə üç nəfərdə qızılca xəstəliyinə yoluxma halı aşkarlanıb. Həmin tələbələr bu xəstəliyə təhsil ocağından kənarda yoluxublar.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında filialın tələbələri arasında qızılca virusunun yayılması ilə bağlı xəbərlərə münasibət bildirən ADPU-nun Cəlilabad filialının dekanı Mənzilə Rəhimova deyib.
Onun sözlərinə görə, hazırda qızılca xəstəliyinə yoluxan iki nəfərin karantin müddəti bitdiyinə görə dərslərə qayıdıb. Bir nəfərin isə müalicəsi davam edir.
“Universitet tam dezinfeksiya olunub, dərslər əvvəlki qaydada davam edir”, - deyə M.Rəhimova əlavə edib.