ELM VƏ TƏHSİL
ADU-nun tələbələri yaradıcılıq festivalında uğur qazanıblar
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) istedadlı tələbələri Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalının seçim mərhələsində iştirak ediblər.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən festivalda tələbələr I, II və III yerlərə layiq görülüblər.
Muğam nominasiyası üzrə I yeri təhsil fakültəsinin tələbəsi Murad Əliyev, pop musiqisi üzrə II yeri təhsil fakültəsinin ESSEX qrupunun tələbəsi Ramilə Musazadə, müasir rəqs üzrə III yeri isə “Dalğa” rəqs ansamblı (təhsil fakültəsinin tələbəsi Gülcan Quliyeva, regionşünaslıq və idarəetmə fakültəsinin tələbəsi Nigar Nəzərova, filologiya və jurnalistika fakültəsinin tələbəsi Aynur İmranlı) tutub.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında ənənəvi “Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalı keçirilir. Festival istedadlı gənclərin üzə çıxarılmasında əhəmiyyətli rol oynayır.