ADY nümayəndələri Çinin Sian və Çendu limanlarının fəaliyyəti ilə tanış olublar



Bakı, 22 may , AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində işgüzar səfərdə olub.
QSC-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində ADY nümayəndələri Sian və Çendu şəhərlərində yerləşən quru limanlarının fəaliyyəti və infrastruktur imkanları, həmçinin limanlarda həyata keçirilən müasir logistika həlləri ilə tanış olub, liman rəhbərlikləri ilə görüşlər keçiriblər.
Görüşlərdə Orta Dəhlizə yüklərin cəlb edilməsi, logistika imkanlarının genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, Sian və Çendu Çinin qərbində yerləşən iki əsas nəqliyyat və iqtisadi mərkəzdir. Bu şəhərlər Orta Dəhliz vasitəsilə Çinlə Avropa arasında ticarət və logistika əlaqələrinin inkişafında mühüm rol oynayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2025 [13:12]
Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
- 14.06.2025 [11:39]
Azərbaycan nefti 4 dollardan çox bahalaşıb
- 14.06.2025 [11:32]
Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir
- 14.06.2025 [11:30]
® “Azercell” gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
- 13.06.2025 [20:55]
Üç avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib
- 13.06.2025 [19:41]