AEBA rəhbəri İranda nüvə obyektlərində müfəttişlərin sayının artırılmasını müzakirə edəcək
Bakı, 4 mart, AZƏRTAC
Tehranda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi rəsmi şəxslərlə İrandakı nüvə obyektlərinin təftişinə cəlb olunan müfəttişlərin sayının artırılması məsələsini müzakirə etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Euronews TV isə xəbər verib ki, AEBA rəhbəri, həmçinin İranın nüvə sazişi üzrə dialoqun yenidən başlamasını müzakirə etmək üçün Prezident İbrahim Rəisi ilə görüşməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]